Ağdaşda sahibkara 2 milyon 495 min manat kredit verilib - Mikayıl Cabbarov

15:47 - 1 Mart 2023 - İQTİSADİYYAT

Ağdaşda icra olunacaq dam örtüklərinin istehsalı layihəsi üçün güzəştli kredit ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşıb.

Nazir bildirib ki, biznesə dəstək tədbirləri çərçivəsində sahibkar Məhəmməd Əliyev Ağdaşda icra olunacaq dam örtüklərinin istehsalı layihəsi üçün Sahibkarlığın İnkişafı Fondundan 2 milyon 495 min manat güzəştli kredit əldə edib.

Xəbər xətti