Avropada qazın qiyməti ucuzlaşıb

09:27 - 1 Mart 2023 - İQTİSADİYYAT

Avropada qazın qiyməti 3 dəfə azalaraq min kubmetr üçün təxminən 515 dollar təşkil edib.

Ucnoqta.az xəbər verir ki, azalmanın əsas amillərindən biri havaların anomal isti keçməsi və qaz anbarlarının çox doldurulması olub.

Əgər noyabrın 30-da qaz fyuçersləri hər 1000 kubmetr üçün təxminən 1550 dollara satılırdısa, hazırda qiymət 515 dollara düşüb.

Ən aşağı qiymət 2021-ci ilin avqust ayının sonundan bəri ilk dəfə olaraq fevralın 28-də 505 dollara düşməsi müşahidə olunub.

Dekabrda Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 1272 dollar təşkil edib, yanvarda 712 dollar, fevralda isə təxminən 583 dollar.

Emin

Xəbər xətti