Borrell BMT-ni taxıl müqaviləsini uzatmağa çağırıb

19:53 - 23 Fevral 2023 - İQTİSADİYYAT

Martda başa çatan taxıl müqaviləsi uzadılmalıdır.

Ucnoqta.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasında çıxış edən Aİ rəhbəri Cozep Borrel deyib.

"Xatırladıram ki, müqavilənin müddəti martın ortalarında başa çatır. Onun yenilənməsi lazımdır. Söhbət dünyada milyonlarla insanın qidalanmasından gedir", - o deyib.

Ukraynadan ərzaq ixracı ilə bağlı müqavilələr ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir.

Xəbər xətti