Neftin qiyməti ucuzlaşıb

09:41 - 22 Fevral 2023 - İQTİSADİYYAT

Dünyada neftin qiymətində ucuzlaşma qeydə alınıb

Ucnoqta.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri azalaraq, 1 barelə görə 82,8 dollar təşkil edib.

WTI markalı neftinin qiyməti də 0,33% azalaraq 76,11 dollar olub. 

Azərbaycan neftinin qiyməti 1% azalaraq, 84,34 dollar olub.

Xəbər xətti