Almaniya Rusiyanın 5,32 milyardlıq aktivlərini dondurub

12:12 - 18 Fevral 2023 - İQTİSADİYYAT

Almaniya hakimiyyəti Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək Rusiyanın 5,32 milyard avro dəyərində aktivlərini dondurub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu məbləğə Aİ-nin sanksiya siyahısında olan fiziki şəxslərin və şirkətlərin, habelə Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri daxildir.

Avropa Komissiyasının məlumatına görə, Aİ ölkələri Rusiya Federasiyası Mərkəzi Bankının 300 milyard avroluq aktivlərini və rusiyalı iş adamlarının 20 milyard avroya qədər aktivlərini dondurub. 

Xəbər xətti