İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində verilmiş güzəştli kreditlərin 69,7 %-i regionların payına düşür.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
"Regionlarda bizneslərin dayanıqlılığının artırılması və sahibkarlıq mühitinin təşviqi prioritet istiqamətlərdəndir" - nazir qeyd edib.