Yaponiya 2023-cü ilin yanvarında Rusiya neftinin alışını ötən ilin eyni dövrü ilə müqayisədə 76 faiz azaldıb
Ucnoqta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.
Rusiyanın Yaponiyaya əlvan metal ixracı da azalıb (mənfi 37,4 faiz). Eyni zamanda, əlvan metal filizi idxalı ötən illə müqayisədə yanvarda 76,1 faiz artıb.
Ümumilikdə Yaponiya bu ay Rusiyadan mal idxalını illik ifadədə 18,4 faiz (1,05 milyard dollara qədər), Rusiyaya tədarük isə 36,3 faiz (326,31 milyon dollar) azalıb.
Dekabrın 5-də Yaponiya digər G7 ölkələri, həmçinin Aİ, İsveçrə, Norveç və Avstraliya ilə birlikdə Rusiya neftinə tavan qiymət tətbiq edib.
Marjinal qiymət isə 60 dollar/barel səviyyəsində müəyyən edilib.