Dünya Bankının (DB) prezidenti David Malpas iyunun 30-dək vəzifəsini tərk etmək qərarını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DB-nin mətbuat xidmətinin yaydığı yazılı məlumatda deyilir.
"Dünya Bankının prezidenti David Malpas dörd ildən artıq xidmət müddətindən sonra iyunun 30-da başa çatacaq. David Malpas maliyyə ilinin sonuna qədər öz vəzifəsini tərk etmək niyyəti barədə bu gün Direktorlar Şurasına məlumat verib", - mətndə deyilir.