Bern sanksiyalar altında Rusiyanın 8,1 milyard dollarlıq aktivlərini bloklayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) mətbuat katibi Antye Berçiyə istinadən məlumat yayıb.
Bank İsveçrədə qeydiyyatdan keçmiş Rusiya aktivlərinin üçdə birindən çoxunu dondurub. Bu vəsaitlər Rusiyaya, Mərkəzi Banka və digər ölkələrdə sanksiyalar altında olan şəxslərə aid ola bilər.
İsveçrənin xarici işlər naziri İqnazio Kassis ölkənin dondurulmuş Rusiya aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadə edəcəyini istisna etməyib.