Avropada qazın qiyməti ucuzlaşıb

14:39 - 13 Fevral 2023 - İQTİSADİYYAT

Avropada qazın birja qiymətləri min kubmetr üçün 600 dollardan aşağı düşüb

Ucnoqta.az xəbər verir ki, Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə mart fyuçersləri min kubmetr üçün 600 dollardan aşağı düşüb. London ICE birjasının məlumatına görə, onlar minimum hər min kubmetr üçün 570 dollara çatıb.

 Bu, ötən ilin sentyabrında qeydə alınan yüksək göstəricidən altı dəfə azdır.

Qeyd edilir ki, qiymətlərin enməsinə səbəb yeraltı anbarlarda rekord qaz ehtiyatları, isti hava, külək stansiyalarının yüksək məhsuldarlığı, qənaət siyasəti və mayeləşdirilmiş təbii qazın (LNG) sabit tədarükü olub.

Emin

Xəbər xətti