Dünyanın ən böyük banklarından biri olan "JPMorgan Chase & Co" ipoteka departamentində yüzlərlə əməkdaşını işdən çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, "JPMorgan" mütəmadi olaraq kadr dəyişikliyi edir və lazım gəldikdə vəzifələri ixtisar edir.
"JPMorgan"ın rəhbəri Ceymi Dimon bildirib ki, bankın strategiyası işçilərini artırmaqdır, digər böyük ABŞ bankları isə əksinə, onları ixtisar edirlər.