Avropa İttifaqı 2023-cü ildə ildə Gürcüstana 60 milyon lari (21 milyon avro) ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb. Vəsait iqtisadiyyat və biznes, kənd təsərrüfatı kimi sahələrdə islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub.
Avropa İttifaqı tərəfindən pul ayrılması ilə bağlı qərar ötən il verilib. Təxminən 6 milyon avro iqtisadiyyatın və biznesin inkişafına, 3,2 milyon avro kənd təsərrüfatına dəstək proqramının həyata keçirilməsinə sərf olunacaq.
Bundan əlavə, 5 milyon avro Gürcüstanın regional inkişaf proqramına, daha 7 milyon avro isə əmək bazarının ehtiyaclarını ödəmək üçün insanların iş bacarıqlarının təkmilləşdirilməsinə və inkişafına xərclənəcək.
Bu günə qədər Aİ Gürcüstanda ümumi dəyəri 500 milyon avro olan 160-dan çox layihə həyata keçirir.