ABŞ üzərində uçan "casus şarı" Çinin kəşfiyyat ordusuna məxsus olub

11:03 - 9 Fevral 2023 - DÜNYA

ABŞ-ın yüksək səviyyəli hərbi və daxili təhlükəsizlik rəsmiləri həftə sonu Cənubi Karolina sahillərində vurulan Çin casus şarının Çin ordusunun böyük kəşfiyyat proqramı ilə əlaqəli olduğunu təsdiqləyiblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fox News yazır.

Əsasən belə bir proqram ölkənin Xalq Azadlıq Ordusu tərəfindən Çinin Cənubi Çin dənizindəki cənub-şərq sahillərində yerləşən Haynan adasının əyalətində həyata keçirilib. Eyni zamanda Pekin Yaponiya, Tayvan, Vyetnam, Filippin və Hindistana da nəzarət edir.

Balon cümə günü, fevralın 3-də ABŞ-ın şimal hissəsində peyda olub. Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, o, fors-major şəraitə görə səhvən ABŞ səmasına qalxıb. O, bazar günü, fevralın 5-də vurulub.

Xəbər xətti