Heydər Əliyev Fondu fevralın 14-dək Türkiyəyə yardım toplayacaq

09:10 - 9 Fevral 2023 - Cəmiyyət

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə çatdırılan yardım ilkin mərhələdə edilmiş yardımdır”.

“Report”un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyəyə ezam edilən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Hüseynov bildirib.

Elvin Hüseynov deyib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, Azərbaycanın Türkiyədəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq, Bakı şəhərində yardım kampaniyasına start verib:

“Belə ki, 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanacaq və bu ləvazimatlar ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınacaq”.

Xəbər xətti