“Bakcell”dən Türkiyəyə dəstək

18:58 - 8 Fevral 2023 - Cəmiyyət

“Bakcell” şirkəti zəlzələ baş vermiş ərazilərdə dayanıqlı mobil rabitənin təmin edilməsi üçün Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları göndərib. Bu avadanlıqlar sayəsində zəlzələ bölgələrinin əhalisi və orada çalışan insanlar öz yaxınları və müvafiq qurumlarla operativ şəkildə əlaqə saxlaya biləcəklər. 

Zəlzələ bölgəsinə göndərilən telekommunikasiya qurğularının ümumi dəyəri 500 min manata yaxındır.

Xatırladaq ki, şirkət təbii fəlakət baş verəndən cəmi bir neçə saat sonra Türkiyədəki abunəçilərini pulsuz danışıq dəqiqələri və internetlə təmin edib.
Qeyd edək ki, “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Xəbər xətti