Qəbələdə yol qəzasında 1 nəfər ölüb, polis xəsarət alıb - YENİLƏNİB

17:24 - 6 Fevral 2023 - HADİSƏ

Qəbələdə baş verən zəncirvari qəzada xəsarət alanlardan biri ölüb.

APA-nin xəbər verir ki, ağır xəsarət alan 1957-ci il təvəllüdlü Məmmədov Rəhim Rəşid oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

15:09

Bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.


Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti