Soda ilə dişləri təmizləməyin - Həkimdən XƏBƏRDARLIQ

18:06 - 4 Fevral 2023 - Cəmiyyət

Rusiyalı həkim-stomatoloq çay sodasının təhlükələri barədə xəbərdarlıq edib.

Lent.az xəbər verir ki, stomatoloq Olqa Filatova sodanın dişlərdə cızıqlar buraxdığını deyib.

O qeyd edib ki, sovet dövründə sodadan nənələrimiz tez-tez təmizləyici vasitə kimi istifadə edirdi. Olqa həkim dişlərin soda ilə təmizlənməsinin yanlış olduğunu vurğulayıb.

“Soda diş minasında cızıqlara yol açır və dişlərdəki həssaslığı artırır. Buna görə də sodadan diş təmizliyi üçün istifadə etməyin”, - deyə o söyləyib.

Xəbər xətti