İsmayıllıda qanunsuz saxlanılan tüfənglər götürülüb

17:37 - 4 Fevral 2023 - Cəmiyyət

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri- Mətləb Alıyev, Vüsal Mahmudov, Aydın Teymurov və Əlisahab Əlizadədən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb. Həmin şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son 1 ay ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində isə vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng aşkar edilərək götürülüb.

 


Xəbər xətti