İranın qərbində 4,7 bal gücündə zəlzələ baş verib

08:29 - 4 Fevral 2023 - DÜNYA

Şənbə günü İranın qərbində İraqla sərhəddə 4,7 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Sarpol-e-Zahab şəhərindən 22 km qərbdə, ocağı isə 60 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti