Müəllimlər dərsə girmədi - Məktəbə təhsil naziri gəldi - FOTO

10:02 - 3 Fevral 2023 - Cəmiyyət

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

APA xəbər verir ki, bugün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.

Onların heç biri dərsə girməyib.

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.

Hadisə yerinə Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov gəlib

 


Xəbər xətti