“Qarabağ” növbəti oyununa çıxır

09:45 - 31 Yanvar 2023 - İDMAN

Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə son çempion və lider “Qarabağ” doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək.

Günün digər matçı isə “Səbail”lə “Kəpəz” arasında oynanılacaq.

Azərbaycan Premyer Liqası

20-ci tur
31 yanvar

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Bakı. “Azersun Arena”, 16:00.

“Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Bakı. “ASCO Arena”, 18:30.

///qafqazinfo

Xəbər xətti