Rusiyada sərnişin təyyarəsi quş sürüsü ilə toqquşub

14:36 - 30 Yanvar 2023 - DÜNYA

Salekharddan Novı Urenqoya uçan "Yamal" aviaşirkətinin 58 sərnişini olan təyyarəsi aerodrom yaxınlığında quş sürüsü ilə toqquşub.

Ucnoqta.az xəbər verir ki, Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Təyinat aeroportuna eniş təhlükəsiz şəkildə həyata keçirilib. İlkin məlumatlara görə, təyyarədə sağ mühərrik qanadlarının zədələnməsi aşkar edilib. Təyyarənin uçuşları dayandırılıb, onun texniki vəziyyətinin əlavə qiymətləndirilməsi aparılır. 

Ruhəngiz

Xəbər xətti