Hikmət Hacıyev İsrail səfiri ilə görüşüb

16:29 - 27 Yanvar 2023 - Xəbər

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə İsrail diplomatı "Twitter"də bildirib.

O, bu gün Hikmət Hacıyevlə vacib görüş keçirdiyini qeyd edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bəyan etdim”, - səfir bildirib.///Apa

Xəbər xətti