Yanvar ayının sosial yardımları ödənilib

20:24 - 26 Yanvar 2023 - ÖLKƏ İÇİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Bu barədə Ucnoqta.az-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən yeni sosial islahat paketi çərçivəsində 660 min insanı əhatə edən müavinət və təqaüdlərdə bu ilin əvvəlindən növbəti artımlar edilib. Yanvar ayının ödənişləri həmin artımlarla birgə verilib.

Bu ayın pensiya ödənişləri də yanvarın 12-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 17-də isə ölkəmizin digər bölgələri üzrə ödənilib.

Ötən il pensiyaçılara verilən maddi yardım 2023-cü ilin əvvəlindən pensiyaları tərkibinə daxil edilməklə onların pensiyalarında artım edilib və bu ay üzrə pensiyalar da həmin artımla birgə verilib.

Beləliklə, yanvar ayının sosial təminat növləri üzrə bütün ödənişləri başa çatıb.

Xəbər xətti