Özbəkistan Azərbaycana avtomobil hissələri ixrac edib

12:53 - 26 Yanvar 2023 - İQTİSADİYYAT

Özbəkistandan Azərbaycana Türkmənbaşı Beynəlxalq Dəniz Limanı vasitəsilə tranzit olaraq 100-dən çox 40 futluq konteyner yola salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı Dövlət Xidməti (“Türkməndənizderyayolları” agentliyi) məlumat yayıb. Bildirilir ki, avtomobil hissələri ilə yüklənmiş konteynerlər Azərbaycanın “Azərmaş” şirkəti (Hacıqabul sənaye məhəlləsinin rezidenti) üçün nəzərdə tutulub.

Avtomobil sənayesində istifadə olunan ehtiyat hissələri “UzAuto Motors” şirkətindən göndərilib, liman vasitəsilə yük daşımaları isə "Türkmənistanın Nəqliyyat və Logistika Mərkəzi" ASC tərəfindən həyata keçirilib.

 

Xəbər xətti