Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili koronavirusa yoluxub.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı onun vəkili Şalva Xaçapuridze məlumat verib.
Vəkil onu da əlavə edib ki, çərşənbə axşamı Saakaşvili yenidən huşunu itirib.
Bundan əvvəl “Empati” qeyri-hökumət təşkilatının ekspertləri Saakaşvilinin bədənində ağır metallar, o cümlədən civə izləri aşkar ediblər.
Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti bildirib ki, Saakaşvilidən götürülən testlər zəhərli maddələrin olmadığını göstərib. Gürcüstan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, keçmiş prezident özünü xəstə kimi göstərir.