Zorlamada ittiham olunan ulduz futbolçu Messinin vəkilini tutdu

17:16 - 24 Yanvar 2023 - DÜNYA

Zorlamada ittiham olunan braziliyalı futbolçu Dani Alveş özünü müdafiə etmək üçün vəkil Kristobal Martell tutub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Əvvəllər dünyanın ən titullu futbolçusu Alveşin maraqlarını Miranda Puente təmsil edirdi. İndi o, digər məşhur oyunçularla işləməsi ilə tanınan Martelllə birlikdə braziliyalını müdafiə edəcək. O, xüsusilə, Lionel Messi, Karles Puyol və Neymarın vəkili olub.

Qeyd edək ki, yanvarın 20-də Alves həbs edilib. Futbolçunun qurbanı olduğu iddia edilən şəxs onu gecə klubunun hamamında kilidlədiyini, döydüyünü və zorladığını bildirib. Həkimlərin qızda müqavimət göstərən xəsarətlər olduğunu təsdiqlədiyi bildirilir. 39 yaşlı Alveşi 4 ildən 12 ilə qədər həbs gözləyir.

Emin

Xəbər xətti