Minimum əməkhaqqı ala bilməyənlər nə etməlidirlər? - Xidmətdən XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin minimum əməkhaqqı artımını etmədiyi halda vətəndaşın hara müraciət etməsi ilə bağlı məsələyə münasibət gətirib.

Ucnoqta.az-ın Oxu.Az-a  istinadən məlumatına görə, bunu xidmətin Bakı şəhər idarəsinin rəis müavini Fərid Bağırov bildirib.

Onun sözlərinə görə, bununla bağlı məsələyə Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət edir:

“Bizim xidmətin müvafiq şöbələri tərəfindən əmək və məşğulluq altsisteminə baxış keçirilir, əmək müqavilələri bildirişləri barədə araşdırma aparılır. Bizim tövsiyəmiz ondan ibarətdir ki, işəgötürənlər 2023-cü ilin fevralın 1-dən bu prosesi həyata keçirsinlər. Biz sistem üzərindən hansı şirkətlərin işçilərinin minimum əməkhaqqı artımını etdiyini görə bilirik. İşçilər üçün minimum əməkhaqqı 345 manat olmalıdır və hər bir şirkət buna əməl etməlidir. Qanunvericiliyin tələblərini pozanlarla bağlı fevral ayından etibarən müvafiq addımlar atılacaq”.

O qeyd edib ki, 2022-ci ildə idarəyə əmək müqavilələri ilə bağlı 8 299 müraciət daxil olub:

“Onlardan 1 917-si təkrar xarakterli olub. Yerində araşdırmaya zərurət yarandığından 2 767 vətəndaş birbaşa rəhbərlik tərəfindən qəbul edilib. 745 hal üzrə cərimə tətbiq edilib, 49 nəfər qeyri-qanuni işdən azad olunan vətəndaş isə işinə bərpa edilib”.

 

Tarix
24 Yanvar 2023 [13:19]
Müəllif
Üç nöqtə
2023-01-24 13:19:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin