Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri yarım saat ərzində Rusiya ordusunun üç Ka-52 helikopterini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Facebook sosial şəbəkəsində yazıb. Helikopterlər yanvarın 24-nə keçən gecə 30 dəqiqə ərzində vurulub.
“2023-cü il yanvarın 24-də saat 00.00-dan 00.30-a qədər yarım saatlıq zenit döyüşü zamanı Rusiyanın 3 Ka-52 hücum helikopteri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin şərq istiqamətində zenit-raket qüvvələri tərəfindən məhv edilib”, - deyə hməlumatda bildirilir.
Emin