Benzinin qiyməti son 7 ilin ən aşağı səviyyəsinə düşdü - Rusiyada

20:00 - 19 Yanvar 2023 - İQTİSADİYYAT

Yanvarın 19-da Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında (SPİMEX) ticarət nəticəsində Aİ-92 markalı benzin son 7 ilin ən aşağı səviyyəsinə enib.

Ucnoqta.az Lenta.ru-ya istinadən xəbər verir ki, ticarət gününün sonuna yanacaq 2,09 faiz itirərək bir ton üçün 33 920 rubl təşkil edib. Belə aşağı qiymətlər 2016-cı ilin fevralından bəri müşahidə olunmayıb. Eyni zamanda, Aİ-95-in qiyməti də ucuzlaşır. Bugünkü hərracda marka 1,49 faiz itirib, belə benzinin bir tonu 39 092 rubla başa gəlir - bu, 2022-ci ilin noyabrından bəri minimumdur.

Həmçinin yay və qış dizeli ucuzlaşır. Onun dəyəri bir ton üçün müvafiq olaraq 41,302 və 50,330 rubl təşkil edir.

Xəbər xətti