2022-ci il dekabrın 31-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8,9 faiz artaraq 49 033,6 milyon dollar təşkil edib.
Ucnoqta.az xəbər verir ki, ötən il ərzində ARDNF-nin büdcə gəlirləri 9 586,0 milyon dollar, büdcə xərcləri isə 4 699,0 milyon dollar təşkil edib. Hesabat dövründə neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil edib.
2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. İl ərzində Fondun idarə edilməsi ilə bağlı xərclər 27,9 milyon manat təşkil edib. Aktivlərin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461,3 milyon dollar azalma müşahidə olunub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon dollar təşkil edib.
Pünhan