2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 60 min barel artacaq və orta hesabla sutkada 0,8 milyon barel təşkil edəcək.
Ucnoqta.az xəbər verir ki, artım “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqları hesabına proqnozlaşdırılır.
2023-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda “Azəri Mərkəzi Şərq” (ACE) platforması işə düşdükdən sonra hasilat daha da arta bilər.