Türkmənistan anomal soyuq hava səbəbindən Özbəkistana qaz nəqlini dayandırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə “İnterfaks” Özbəkistanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Departamentdən bildirilib ki, yanvarın 12-də Türkmənistanın yataqlarında anomal soyuqlar səbəbindən yaranmış fövqəladə vəziyyət təbii qaz idxalının tam dayandırılmasına və elektrik enerjisi idxalının 20 faiz azalmasına səbəb olub.
Özbəkistanın Energetika Nazirliyindəki mənbə bildirib ki, Daşkənd 2022-ci ilin dekabrında Aşqabadla qış mövsümündə əlavə 1,5 milyard kubmetr qaz idxalına dair müqavilə bağlayıb. Nəticədə tədarükün gündəlik həcmi 15 milyon kubmetrdən 35 milyon kubmetrə çatdırılıb ki, bu da kəsiri ödəməyə imkan verib.
Emin