WTI markalı xam neftin mart fyuçersləri 1,35% bahalaşıb.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin 2023-cü ilin mart ayı üçün fyuçers müqaviləsinin qiyməti yanvarın 3-dən bəri ilk dəfə bir barel üçün 86 dolları ötüb.
Brent markalı neftin bir barelinin qiyməti 1,86% artaraq 86,03 dollar olub.
Brent neftinin qiyməti artımı sürətləndirərək bir barel üçün 86,26 dollar (+2,13%) təşkil edib. Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin mart ayı üçün fyuçersləri 1,35% artaraq bir barel üçün 81,19 dollar təşkil edir.
Emin