"2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib."
Ucnoqta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazir bildirib ki, qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 171 mln. investisiya yatırılması, 2.400-dən çox iş yerinin yaradılması planlaşdırılır.