Trans-Adriatik Boru Kəməri (TAP) istifadəyə verildiyi gündən bəri 19,4 milyard kubmetrdən çox Azərbaycan qazı Avropaya nəql olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, bu gün, dekabrın 31-də Azərbaycandan TAP vasitəsilə qazın nəqlinə başlanmasından iki il ötür.