İl ərzində hərraca çıxarılan dolların məbləği açıqlanıb

17:11 - 29 Dekabr 2022 - İQTİSADİYYAT

29 Dekabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az xəbər verir ki, hərracda tələb 63,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış da 63,4 milyon dollar olub).

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

27 Dekabr 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 59 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 99 valyuta hərracında banklara 5 milyard 187,3 milyon dollar satılıb.
 

Xəbər xətti