Pandemiyadan zərər çəkmiş sahibkarlara 39,2 milyon manat yardım edilib

11:36 - 28 Dekabr 2022 - İQTİSADİYYAT

2020-ci ilin iyun ayından bu il dekabrın 1-nə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 39,2 milyon manat yardım edilib.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də yazıb.

Nazir bildirib ki, ödəniş dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində həyata keçirilib.

Xəbər xətti