Türkiyə "Çaycuma 1" quyusunda yeni 58 milyard m³ təbii qaz kəşf edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazı ilə bağlı yeni xəbər verib.
“Fatih Drilling” gəmisinin Çayçumada 58 milyard kubmetr ehtiyata sahib olduğunu bildirən Ərdoğan, “Qara dəniz qazının beynəlxalq bazarlarda dəyəri 1 trilyon dollardır” deyib.
Bir müddətdir işlərin davam etdiyi Qara dənizdəki təbii qazla bağlı Ərdoğan, “Fatih qazma gəmimiz Çaycuma-1 dənizin 3 min 320 metr altında 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar etdi.
Emin