Dekabrın 20-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 93,4 milyon dollar təşkil edib və tam təmin olunub.
Hərracın yekunlarına görə orta çəkili məzənnə 1,7 AZN/1 ABŞ dolları təşkil edib.