15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib.
Ucnoqta.az xəbər verir ki, bunu Tvitter səhifəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, qeyri neft-qaz sektorundan daxilolmalar isə 7,9 milyard manata çatıb.
"Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların,səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk",- Cabbarov əlavə edib.