“Deməli, aeroportda insanları bunu etməyə biz məcbur etmişik” - Deputat

14:12 - 9 Dekabr 2022 - Cəmiyyət

“Azərbaycanda smartfonların qiyməti Avropadan, Dubaydan çox bahadır”. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, xaricdə bu telefonların qiyməti 900-1000 dollardısa, Azərbaycan qiymət 1500 dollardan başlayır: “Qiymət qalxsın 50-100, 200 dollar. Birdən-birə bu qədər baha olmasına görə dələduzlar da İMEİ kodun dəyişdirilməsi kimi yollara əl atırlar. Ölkəyə gətirilən telefonların üzərinə İMEİ kodların qeydiyyatı üçün əlavə də 150 manat gəlir. Bu 150 manat rüsumu azaldıq ki, insanlara da yük olmasın. Aidiyyəti qurumlar bu məsələyə həssas yanaşmalıdır”.

Naqif Həmzyev İstanbul Hava Limanında üzləşdiyi mənzərə barədə də danışıb: “Məni ən çox narahat edən məqamlardan biri də budur ki, həmin hava limanından biz Bakıya, Gəncəyə uçanda vətəndaşlarımız bir-bir yaxınlaşıb deyirlər ki, xahiş edirəm, bu telefonu keçir. İnsanın özü də utanır. Deməli, bu insanları biz məcbur etmişik ki, belə bir vəziyyət yaranıb. Qiymətləri aşağı salmaq lazımdır, nəzarət etmək lazımdır. Qoy telefon ölkəyə gətirilərkən qiyməti 200 dollar artsın, 200 dollar qazansınlar. Birdən-birə 500 dollar qazanıb niyə varlanmaq istəyirlər? İnsanları da düşünsünlər”.///qafqazinfo

Xəbər xətti