“Avropa İttifaqı (Aİ) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana 2 milyard avro ayırmağı planlaşdırır”.
Aİ-nin Bakıdakı nümayəndəliyindən Ucnoqta.az-a verilən məlumata görə, investisiyalar iqtisadi investisiya planı çərçivəsində ayrılacaq.
“Bu gün Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb”, – Aİ-dən bildirilib.
“İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir. Belə ki, artıq Azərbaycana 90 milyon avroya qədər vəsait ayrılıb”, – Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit bildirib.