Sabiq deputatın oğlu yüksək vəzifəyə təyin edildi

15:01 - 8 Dekabr 2022 - Xəbər

Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayevin oğlu, general Baba Salayevin qardaşı oğludur.

Xatırladaq ki, FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş İdarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib. 

Xəbər xətti