Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Ucnoqta.az xəbər verir ki, test imtahanının nəticələrinə əsasən, keçid balını toplamış 73 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır.
Qeyd edək ki, 17 noyabr 2022-ci il tarixdə keçirilən test imtahanında namizədlərə pedaqogika və metodika, əmək qanunvericiliyi, təhsil qanunvericiliyi və riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilib. Sualların 50%-ni düzgün cavablandırmış və hər bir bölmə üzrə minimum 5 bal toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.