Normal havada duman işıqlarını yandırmaq olar?

Bəzi sürücülər ehtiyac olmadığı halda duman işıqlarını yandırır. Sosial şəbəkələrdə dəfələrlə bununla bağlı paylaşım da edilib. Paylaşımlarda bildirilib ki, günün normal vaxtı duman işıqlarını yandırıb maşın sürənlər cərimələniblər.

Bəs görək, qanunvericilikdə ehtiyac olmadığı halda duman işıqlarını yandırıb avtomobil idarə etməyə icazə verilirmi?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, normal vaxtı duman işıqlarını yandırmaq doğru hesab edilmir:

“İşıq cihazları təyinatı üzrə istifadə olunmalıdır. Duman əleyhinə olan işıqlar da normal vaxtda yandırılsa, digər sürücüləri narahat edir. Bu da təyinatı üzrə istifadə olunmaması kimi qiymətləndirilə bilər. Həmçinin bəzi sürücülər duman işıqlarına icazə verilməyən işıq cihazları quraşdırırlar. Buna görə İnzibati Xətalar Məcəlləsinin normativ tələblərin pozulması, 342.2.2-ci maddə ilə protokol tərtib olunur. Maddəyə əsasən, həmin şəxs 150 manat məbləğində cərimələnir”.

Tarix
6 Dekabr 2022 [20:07]
Müəllif
Üç nöqtə
2022-12-06 20:07:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin