Qərbin Rusiyadan neftə embarqosu və qiymət həddi qüvvəyə minir

11:09 - 5 Dekabr 2022 - İQTİSADİYYAT

Avropa İttifaqı ölkələri bir həftədən artıqdır ki, Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər. Polşa qiymət həddinin bir barel üçün 30 dollar, Yunanıstan 70 dollar, Avropa ölkələri 60 dollar olmasının tərəfdarı olub.

Ucnoqta.az xəbər verir ki, sonunda neftin bir barreli üçün 60 dollar həddi razılaşdırılıb. Qiymət tavanı G7 ölkələri ( ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, İtaliya və Yaponiya), həmçinin Avstraliya və Avropa İttifaqı tərəfindən təsdiqlənib. Bundan əlavə, dekabrın 5-dən Rusiya xam neftinin dəniz yolu ilə tədarükünə Avropa embarqosu fəaliyyətə başlayır.

Qeyd edək ki, 2021-ci ildə Rusiyadan G7 ölkələrinə və Aİ-yə neft və neft məhsullarının tədarükü 109,5 milyard dollar dəyərində 214,7 milyon ton təşkil edib ki, bu da həmin malların dünya bazarına ümumi ixracının 68-70%-ni təşkil edir. Ümumilikdə, Federal Gömrük Xidmətinin məlumatına görə, keçən il xam neft və neft məhsulları ümumi Rusiya mallarının ixracının 37%-ni təşkil edib.

Pünhan

Xəbər xətti