Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Əliyev Teymur Rasim oğlu naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb.
Yaralı aldığı xəsarətlərdən, xəstəxanaya yerləşdirilib.
Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Tarix
4 Dekabr 2022 [20:45]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin