OPEC+ ölkələri neft hasilatı planını saxladı

17:30 - 4 Dekabr 2022 - İQTİSADİYYAT

OPEC+ ölkələri oktyabrda keçirilən iclasda razılaşdırılmış neft hasilatı planını saxlamağa qərar veriblər ki, bu da hasilatın gündəlik 2 milyon barel azaldılmasını nəzərdə tutur.  

Ucnoqta.az xəbər verir ki, OPEC -in saytında dərc olunan yekun kommünikeyə əsasən, alyansın növbəti iclası 4 iyun 2023-cü ildə baş tutacaq. Sənəddə həmçinin qeyd olunur ki, OPEC+ üzvləri tələb və təklif balansını qorumaq üçün bazar konyunkturasına uyğun olaraq istənilən vaxt görüşməyə və lazımi əlavə tədbirlər görməyə hazır olduqlarını təsdiq edirlər.

Daha əvvəl mənbə bildirib ki, OPEC+ nazirləri noyabr ayından hasilatın sutkada 2 milyon barel azaldılmasını nəzərdə tutan cari neft hasilatı planını saxlamağa qərar veriblər.

Xəbər xətti