Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı - FOTO

18:55 - 3 Dekabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 544 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 181, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 28 nəfərdir.


Xəbər xətti